XADO ANTİCARBON- silindr daxili kokslaşmış hissələrə antikoks təsir edir və hərəkətliliyi bərpa edir. Keyfiyyətsiz yanacaq və yağın təsirindən yaranan bu kokslaşma vaxtında aradan qalxmadıqda bahalı təmirlə nəticələnən fəsadları olur. Tədricən kipləşmir porşen halqaları silindrin divarlarını cızır və yağ sərfiyyatı artır. Buna görə də vaxtaşırı ankikoks əməliyyatı həyata keçirilsə bu risk yaşanmır.
Üstünlükləri:
- XADO ANTİCARBON Kiplənmiş porşen halqalarının hərəkətliyini bərpa edir
- Yağ sərfiyyatını azaldır
- Silindrləri, porşenləri və klapanları alışmadan əmələ gələn hər cürə his, çöküntü və yanacaq qalıqlarından təmizləyir
- Silindrlərdə kompresiyanı artırır
- Mühərriyin işlək səsini azaldır
- Alışma şamlarındakı his qalıqlarını təmizləyir
- Atmosferə buraxılan zərərli qazların miqdarını azaldır
İstifadəsi:
- Mühərriyi işlək tempratura qədər qızdırın. Mühərrik ilıq olmalıdır qaynar yox.
- Şamları açın, onları birləşdirən elektrik naqillərini komutatordan ayırın.
- Aerozolu hər silindrlərə əlavə edin (hərəsinə 5 saniyə). Sonra şamları yerinə bağlayın və 10-20 dəq gözləyin. Şamları yenidən açın. Şam yuvalarını parça ilə örtünki məhlul boya üzərinə düşməsin. Mühərriyi starterlə bir neçə saniyəlik işlədin.
- Şamları yenidən yerinə bağlayın və naqilləri birləşdirin.
- Mühərriyi işə salın və orta dövrlərdə 15 dəq işlədin. Bu zaman silindrindəki çirklənmənin qalıqları həll olaraq qaz halında xaric olunur.
Qeyd:
- 1 ədəd XADO ANTİCARBON aerozol 20 silindrə kifayət edir.