XADO Diesel-LUX – Dizel yanacağının keyfiyyətini artıran, yanmanı yaxşılaşdıran, suyu və kükürdü neytrallaşdıran unikal vasitədir. Yanma ererjisinin düzgün balansı sayəsində mühərrik daha sakit, daha güclü və daha təmiz işləyir. Daimi istifadə zamanı EGR-i təmiz saxlayır və katalizatoru qoruyur. DPF (his filtri) ilə təchiz olunmuş avtomobillər üçün mükəmməl seçimdir. DPF-i tutulmağa qoymur, qara tüstüləməni azaldır. Yanmayan hissəciklərin yanmasını təmin edən XADO Diesel-LUX eyni zamanda 8%-ə qədər yanacağa qənaət etmək imkanı verir. Münasib qiyməti və yüksək keyfiyyətinə görə ən çox tələb olunan məhsullar siyahısındadır.
Üstünlükləri:
- Yanacaq sistemini karbon qalıqlarından və çöküntülərdən qoruyur;
- Setan ədədini yüksəldir;
- Yüksək təzyiq nasosunu korroziyadan və aşınmadan qoruyur;
- Yanacaq sərfiyyatını azaldır;
- Zərərli qazların ixracını azaldır;
- Yanacağın tərkibindəki suyu neytrallaşdırır.
İstifadəsi:
- Yanacaq doldurmazdan öncə çənə tökülməlidir. 50-60 litr yanacağa əlavə olunmalıdır. İlk istifadə və ya yanacaq sisteminin təmizlənməsi və yağlanması üçün 2 ədəd, daimi istifadə üçün isə hər yanacaq dolduranda 1 ədəd XADO Diesel-LUX əlavə etmək tövsiyyə olunur.